Göyərtəsində somalili miqrantların olduğu qayıq Qırmızı dənizdə aviazərbə nəticəsində məhv edilib.
“Qafqazinfo”nun “Associated Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə BMT və Yəmən hökumətinin məlumatında bildirilir.
Hadisə nəticəsində 31 nəfər həlak olub, 77 nəfər sağ qalıb.
Hücumu kimin təşkil etdiyi haqda məlumat yoxdur.
Son xəbərlər
Son Xəbərlər