“Qafqazinfo”nun Anspress-ə istinadən verdiyi məlumata görə, qanun keçən şənbə - yanvarın 10-da qəbul edilib. Bu qanun Rusiyada nizam-intizamı pozan miqrantlara qarşı tətbiq edilə bilər.
Qeyd edək ki, Rusiyada iqtisadi vəziyyətin çətinləşməsi və miqrantlar haqqında qanunun sərtləşdirilməsinə görə, 2015-ci ilin yanvar ayının əvvəlində ölkəyə gələn miqrantların sayı keçən ilin yanvar ayının əvvəli ilə müqayisədə 70 faiz azalıb. Əvəzində Rusiyaya gələn ukraynalıların sayında artım olub.
Bununla belə, Rusiya rəsmiləri ölkənin əmək miqrantlarına ehtiyacı olduğunu bildirirlər. Bu ehtiyacı ödəmək üçün isə "amnistiya"nın tətbiq edilə biləcəyini bildirirlər.
Son xəbərlər
Son Xəbərlər