Miqrasiya Xidməti vətəndaşlara müraciət etdi

miqrasiya-xidmeti-vetendaslara-muraciet-etdi
Oxunma sayı: 2430

Dövlət Miqrasiya Xidmətinin Bakı, Gəncə və Lənkəran regional miqrasiya idarələrinin fəaliyyəti 5 iyun saat 14.00-dan 8 iyun saat 9.00-a kimi məhdudlaşdırılır.

Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib. 

Bildirilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrini rəhbər tutaraq göstərilən müddətdə müraciətlər yalnız elektron qaydada DMX-nin rəsmi internet saytı (migration.gov.az) və yaxud MİGAZ mobil tətbiqi üzərindən qəbul olunacaq.Vətəndaşlar onları maraqlandıran sualları Xidmətin rəsmi internet saytındakı onlayn bələdçi vasitəsilə ünvanlaya bilər.