Miqrasiya xidmətləri ilə bağlı belə müraciət edə bilərsiz

miqrasiya-xidmetleri-ile-bagli-bele-muraciet-ede-bilersiz
Oxunma sayı: 2240

Bu gündən Miqrasiya xidmətləri ilə bağlı “ASAN xidmət” mərkəzlərinin qəbul qaydalarına uyğun olaraq müraciətlər edilə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov yayıb. Onun sözlərinə görə, elektron müraciət edilməklə hazırlanmış vəsiqələrin götürülməsi, vətəndaşlığına qəbul, bərpa, xitamla bağlı və “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda digər bütün müraciətlərlə bağlı Regional miqrasiya idarələrinə fərdi qaydada, Bakı şəhər regional miqrasiya idarəsinə (ayna sultanova heykəlinin yaxınlığı) isə əvvəlcədən onlayn növbə tutmaqla müraciət edilə bilər: “Onlayn növbə Xidmətin internet səhifəsi və ya MigAz mobil tətbiqi vasitəsilə götürülə bilər.

Elektron qaydada müraciət edən şəxslər hazır vəsiqələri istəyinə uyğun müvafiq “ASAN Xidmət” Mərkəzlərindən əldə etmək üçün Xidmətin “919” Çağrı Mərkəzi ilə əlaqə saxlaya, əks halda Bakı şəhər regional miqrasiya idarəsindən əldə edə bilər. Elektron müraciətlər zamanı təqdim edilməyən bəzi sənədlər (mülkiyyət sənədləri, notarial təsdiq tələb edən sənədlər, müvafiq tibbi arayışların və digər) hazır icazə vəsiqələrinin götürülməsi zamanı təqdim edilməlidir. Olma müddəti uzadılmış (viza və ya 90 günlük) şəxslərin müvafiq qərarları götürmək üçün qəbul şöbələrinə yaxınlaşması tələb edilmir”.