“Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, böyük zəhməti, parlaq istedadı, həmişə ürəyində gəzdirdiyi mərhəmət və xeyirxahlıq hissi onu daim yüksəklərə səsləyib. Hansı vəzifəni icra etməsindən asılı olmayaraq onun məramı, məqsədi, amalı bütünlükdə mənsub olduğu millətə xidmət etməklə keçib. XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayev məhz belə nurlu şəxsiyyətlərdən biri kimi xalqımızın yaddaşında özünə əbədiyaşarlıq qazanıb.
Son xəbərlər
Son Xəbərlər