“Mir Mövsüm Ağa” ziyarətgahına gedənlərin nəzərinə - Yol bağlanır

mir-movsum-aga-ziyaretgahina-gedenlerin-nezerine
Oxunma sayı: 1965

Təmir işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından etibarən Dövlət Elektirik Stansiyasına gedən yolun “Mir Mövsüm Ağa” ziyarətgahı ilə “Azal” Arenın yerləşdiyi hissəsində və “Azal” Arena istiqamətinə gedən Starçük küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik qismən məhdudlaşdırılacaq.
 
Azəravtoyoldan "Qafqazinfo"ya daxil olan məlumata görə, məhdudlaşdırma küçədə təmir işlərin aparıldığı hissələr üzrə 2 gün ərzində tətbiq ediləcək. "Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.