Mirça Rednik “Xəzər Lənkəran”ı Rumıniya klubuna dəyişdi

mirca-rednik-xezer-lenkerani-ruminiya-klubuna-deyisdi
Oxunma sayı: 640

Qol.Az-ın məlumatına görə, hazırki baş məşqçi İliye Stanla yollarını ayırmağı planlaşdıran Bekali Redniki tezliklə öz komandasında görmək istədiyini bildirib.

Bu barədə ölkəsinin mətbuatına müsahibə verən Rednik də "Styaua" klubuna mümkün keçidindən danışıb: "Rumıniyada çempionluq haqda danışmaq istəmirəm. Gələn həftə ölkəmə qaytıdıqdan sonra bu barədə ətraflı danışarıq.

Düşünürəm ki, "Styaua" klubuna keçidimdə heç bir problem yaranmayacaq. Niyə də problem olmalıdır ki? Futbolçular kimi, məşqçilərə də komandanı dəyişmək çətin olur. Ancaq bu həyatdır. Mən Bekali və klub sahibi ilə maraqlanmıram. Komandaya öz işimi görmək üçün gəlirəm. Bunun üçün də müəyyən futbolçular alınmalıdır".

Qeyd edək ki, Mirça Rednik Premyer Liqanın son turunda "İnter"ə 0:1 hesabı ilə məğlubiyyətdən sonra baş məşqçi postundan istefa verib.