Azərbaycanda Sabah.az adlı ictimai-siyasi xəbər portalı fəaliyyətə başlayıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə “5 Media” şirkətinin rəhbəri Mirhacib Məcid məlumat verib. O bildirib ki, Sabah.az şirkətin 3-cü media layihəsidir.
“Mətbuat sahəsindəki 12 illik fəaliyyətimizi Sabah.az xəbər portalı ilə davam edirik. Bundan öncə yaratdığımız media resurslar hazırda ölkənin ən çox oxunan saytları sırasındadır. İnanırıq ki, Sabah.az da qısa zamanda Azərbaycanın ən sanballı xəbər saytlarından birinə çevriləcək”, - deyə Mirhacib Məcid vurğulayıb.
Qeyd edək ki, “5 Media” şirkətinin tərkibinə Sabah.az-la yanaşı, məşhur Axşam.az və Qol.az portalları, Azərbaycanın ən böyük 2-ci “Facebook” səhifəsi, İnstaqram sosial şəbəkəsində isə 346 min izləyicisi olan səhifə daxildir.
Son xəbərlər
Son Xəbərlər