Mirhəsən Seyidov gənclərin inkişaf strategiyasından danışdı

mirhesen-seyidov-genclerin-inkisaf-strategiyasindan-danisdi
Oxunma sayı: 1589


“Qafqazinfo”nun verdiyi xəbərə görə, M.Seyidov bildirib ki, ölkəmizdə gənclər sahəsində kifayət qədər uğurlu gənclər siyasəti həyata keçirilir. Lakin bununla belə bir sıra problemlər də mövcuddur. Odur ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilən və qarşıdakı 10 il üçün nəzərdə tutulan “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın tətbiqi mövcud problemlərin həlli istiqamətində mühüm rol oynayacaq. 

Strategiyanın hədəf qruplarına baxdıqda aydın olur ki, burada bütün sahələr əhatə olunub. Nəinki ölkə daxilində, hətta ölkədən xaricdə oxuyan və ya işləyən gənclər də bu strategiyadan yararlana biləcəklər. Strategiyanın məqsədlərinə nəzər salsaq burada da gənclərin maarifləndirilməsindən tutmuş onların fərdi inkişafını əhatə edən bütün məsələlər öz əksini tapıb. 

Strategiya gənclərin həqiqətən dövlətin onlara yaratdığı imkanlardan istifadəsinə imkan yaradır ki, gənclər bu kimi imkanlardan istifadə edərək Azərbaycanın maraqlarını istər yerli istər beynəlxalq səviyyədə, milli mənəvi dəyərlərimizi qorunması istiqamətində inkişafa aparacaqdır. 

Burada digər bir məsələ də strategiyanın icrası ilə bağlıdır. Gənclərin inkişafı üçün strategiyada nəzərdə tutulmuş addımların sadəcə olaraq konfranslar, seminarlar formatında deyil birbaşa gənclərə təsir edə biləcək əməli şəkildə tətbiq edilməsi də zəruridir. Eyni zamanda bu işdə müxtəlif gənclər təşkilatlarını, ictimai birliklərin cəlb edilməsi, onlar arasında koordinasiya edilərək birgə proqramların icrası üçün layihələrin dəyərləndirilməsi önəmlidir.