Novruz bayramında şəhid ailələri Neftçala Rayon İcra Hakimiyyətinin rəsmiləri tərəfindən ziyarət olunub.
“Qafqazinfo” xəbər verir ki, ziyarət Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbərləri ilə birlikdə həyata keçirilib.
Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan şəhidlərimizin məzarı ziyarət olunub. Məzarları üzərinə çiçəklər düzülüb, ruhlarına dualar oxunub.






Son xəbərlər
Son Xəbərlər