Mirhəsən Seyidov səyyar qəbul keçirdi - Fotolar

mirhesen-seyidov-seyyar-qebul-kecirdi
Oxunma sayı: 3575

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Aşağı Qaramanlı kənd sakinləri ilə növbəti səyyar qəbul keçirib.  

 “Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

Neftçala RİH-in başçısı Vətən müharibəsindən və orada iştirak edən oğullarının igidliyindən, şəhidlərimizdən və yaralanan hərbçilərimizdən bəhs edib.

Səyyar qəbulda ilk olaraq sakinlər rayonda aparılan abadlıq-quruculuq işlərilə əlaqədar təşəkkürlərini bildiriblər,  Neftçala- Salyan magistral avtomobil yolunun Aşağı Qaramanlı kəndindən keçən hissəsində yolun sağ və sol ətraflarının abadlaşdırılması və digər məsələlər ilə əlaqədar təkliflər səsləndirilib.

Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.