“İrəli” İctimai Birliyi onlayn formatda Hesabat-Seçki konfransı keçirib.
"Qafqazinfo" xəbər verir ki, 300-ə yaxın gəncin qatıldığı videokonfransda dövlət və hökumət rəsmiləri, qeyri-hökumət təşkilatları, media qurumlarının rəhbər şəxsləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
İclasda İdarə Heyətinə üzvlər təsdiqləndikdən sonra Şahin Rəhmanlı səs çoxluğu ilə İctimai Birliyin İdarə Heyətinin yeni sədri seçilib. O, bu vəzifədə Neftçala rayonuna icra başçısı təyin olunan Mirhəsən Seyidovu əvəzləyib.
Son xəbərlər
Son Xəbərlər