Mirhüseyn Musəvinin azərbaycanlı tərəfdarı tutuldu

mirhuseyn-musevinin-azerbaycanli-terefdari-tutuldu
Oxunma sayı: 660

Hadisə üç gün əvvəl baş versə də, xəbər yenicə yayılıb.

Əslən azərbaycanlı olan Mirhüseyn Musəvi 1 ildir ev dustaqlığında saxlanır. O, 2009-cu ildə keçirilən prezident seçkisi zamanı əsas müxalif namizəd olub. Əlirza Dizəci həmin vaxt Musəvinin Təbrizdəki seçki qərargahında fəaliyyət göstərib.

“Media forum” saytının məlumatına görə, ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları Əlirza Dizəcini fevralın 17-də tutublar.

Təbrizli fəalın ailəsi hüquq müdafiəçilərinə bildiriblər ki, ETTELAAT şöbəsindən onlara zəng edir, hədələyir, onlardan həbs barədə məlumat yaymamağı tələb edirlər.

Əlirza Dizəcinin konkret nədə günahlandırıldığı və hazırda harada saxlandığı bilinmir.