Miri Yusif Türkiyə mətbuatının - Gündəmində

miri-yusif-turkiye-metbuatinin
Oxunma sayı: 767

Miri Yusif Türkiyədə albom çıxaracaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb. 

Qəzet yazıb ki, 1999-cu ildən musiqi ilə məşğul olan müğənni DMC şirkəti ilə əməkdaşlığa başlayıb. 

Albomda iki Türkiyə türkçəsində mahnı yer alacaq. 

Xəbərdə Yusifin 8 iyunda Türkiyədə konsert verəcəyi də qeyd olunub. Musiqi gecəsi Fulya Sənət Mərkəzində baş tutacaq.