Miri Yusif xanımını klipinə çəkdi - Video

miri-yusif-xanimini-klipine-cekdi
Oxunma sayı: 3767

Əməkdar artist Miri Yusif yeni klipini təqdim edib. “Qafqazinfo” xəbər verir ki,  “Sənə qurban” adlı mahnıya çəkilən ekran işi Gürcüstanda lentə alınıb.

Layihəni gürcü rejissor Giorgi Mikeladze ərsəyə gətirib. Klipdə baş rolu müğənninin xanımı Nərgiz Mirbabayeva öhdəsinə götürüb.

Qeyd edək ki, sözügedən mahnının sözləri KQB-yə, musiqisi Fərid Ağaya məxsusdur.

Xatırladaq ki, 11 ildir evli olan cütlüyün bir qızı ( Adel ) və iki oğlu ( Mir Hüseyn, Mir Cahid) var.