“Mirmahmud Mirəlioğlu mövqeyini dəyişib”- - Rüstəm İbrahimbəyov

mirmahmud-mirelioglu-movqeyini-deyisib-
Oxunma sayı: 1675


“Qafqazinfo” xəbə verir ki, bunu APA-ya müsahibəsində Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov deyib.

R. İbrahimbəyov bildirib ki, Milli Şuranın tərkibi cavanlaşmalıdır: “Bu barədə Milli Şuranın sədri Cəmil Həsənli ilə də söhbət etmişəm”.

Onun fikrincə, Mirmahmud Mirəlioğlu Milli Şuradan çıxmalıdır: “Mirmahmud Mirəlioğlu Milli Şuranın gələcəyinin olmadığını düşünürsə, onun burda fəaliyyətinin nə mənası var? Mirmahmud Mirəlioğlu mövqeyini dəyişib, səbəbini mən bilmirəm. O, mövqeyini dəyişibsə, Milli Şuradan çıxmalıdır. Mirmahmud Mirəlioğlunun mövqeyini dəyişməsini təəssüflə qarşılayıram".

R. İbrahimbəyov deyib ki, bu ilki parlament seçkilərində iştirak etmək barədə düşünmür: “Mənim belə işlərə nə vaxtım, nə hövsələm, nə də marağım var”.