Mirmahmud Mirəlioğlu Müdafiə Mərkəzinə sədr seçildi

mirmahmud-mirelioglu-mudafie-merkezine-sedr-secildi
Oxunma sayı: 1035


“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, tədbirdə siyasi partiyaların liderləri, təmsilçiləri və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər. Aparıcı KXCP sədri Mirmahmud Mirəlioğlu olub. 

Mirmahmud Mirəlioğlu t bildirib ki, son həbslərlə bağlı birgə yaratdıqları qurumda təmsil olunmaq üçün AMİP, AXCP və başqa siyasi partiyaları dəvət edib. Lakin onlar dolayısı yolla iştirakdan imtina ediblər.

Tədbirdə M.Mirəlioğlu İntiqam Əliyevin onların müdafiəsindən imtina etməsi ilə bağlı mətbuatda gedən xəbərlərə aydınlıq gətirib: “Mən İntiqam müəllimin vəkili ilə danışdım, bu xəbərlərin yalan olduğunu bildirdi. Bunlar bəzi insanların uydurduğu şayiələrdir”.

“125-lər” Siyasi Klubunun sədri İlhamiyyə Rza həbs edilənlərin müdafiəsi ilə bağlı hər kəsin səfərbər olmasının vacibliyindən danışıb: “Hansı məhbusun müdafiəyə ehtiyacının olması ilə bağlı ciddi mexanizm müəyyən olunmalıdır. Bütün hüquq müdafiəçiləri səfərbər olmalıdır”.

Toplantının sonunda səsvermə yolu ilə KXCP sədri Mirmahmud Mirəlioğlu BHMM-nə sədr seçilib. Mərkəzin növbəti toplantısı növbəti cümə gününə təyin olunub.