Mirşahinin atasının xatirəsi Bakıda da yad ediləcək

mirsahinin-atasinin-xatiresi-bakida-da-yad-edilecek
Oxunma sayı: 9424

Real TV-nin baş direktoru Mirşahin Ağayevin atası Mirdilavər Ağayevin xatirəsi Bakıda da yad ediləcək.

“Qafqazinfo” xəbər verir ki, mərhumun yeddi mərasimi martın 9-u Heydər məscidində keçiriləcək.

Məclis saat 16:00-dan başlayacaq.

Xatırladaq ki, Mirdilavər Ağayev martın 3-ü Yardımlı rayonunda uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.