“Mirşahinin yolu ilə getmək istəyənləri söyəcək, təhqir edəcəklər”

mirsahinin-yolu-ile-getmek-isteyenleri-soyecek-tehqir-edecekler
Oxunma sayı: 6588

“Mirşahinin yolu ilə getmək istəyən adamlara Mirşahinin yolunda onu gözləyə biləcək xoşagəlməzlikləri, təhqirləri anons edərdim. Mirşahin kənardan bəlkə də cazibadər, çox möhtəşəm ad kimi görünür, ancaq bu, eyni zamanda böyük bir bədbəxtliyin nişanıdır. Mən inanmıram, Azərbaycanda mənim qədər təhqirə məruz qalan, söyülən ikinci bir həmkarım var”. 

“Qafqazinfo” xəbər verir ki, bunu “REAL TV”nin baş direktoru Mirşahin Ağayev AzTV-də  “Ağ və qara” verilişində deyib: 

“Hamı etiraf edir ki, dünyada ən ağır yara söz yarasıdır. Həmin məntiqlə yanaşsaq, Azərbaycanda məndən çox söz yarası alan kimsə var? Əminəm ki, yoxdur. 

Mirşahinin yolu ilə getmək istəyənlər bunu göz önünə gətirməlidir. Bilməlidir ki, onu söyəcəklər, təhqir edəcəklər. 

Belə əzazil mühit, qəddar, bir sıra hallarda mənəviyyatsız fon Mirşahinin yolunu getmək istəyən insanın yaddaşında, alt şüurunda olmalıdır. 

Başqa bir tərəfdən də bu, şərəfdir. Başa düşmürlər ki, sən həkim kimi onları müalicə etməklə məşğulsan. Eyni zamanda bu xəstələr sənə müqavimət göstərirlər. Başa düşmürlər ki, mənəvi ölümlərini, sonlarını yaxınlaşdırırlar. 

Bəlkə də onlar mənim həyatımda, mənim formalaşmağımda haqqımda xoş sözlər deyən insanlardan daha faydalı olublar. Onlar olmasaydı, Mirşahinin gücü nədə olacaqdı?”.