Mirvari Fətəliyeva koronavirusa qalib gəldi

mirvari-feteliyeva-koronavirusa-qalib-geldi
Oxunma sayı: 2605

Mart ayında koronavirusa yoluxan Parisdəki Azərbaycan evinin rəhbəri Mirvari Fətəliyeva sağlamlığına qovuşub.

"Qafqazinfo" xəbər verir ki, o, bu barədə özünün feysbuk hesabında paylaşım edib.

"Bu virusa yoluxmuş biri kimi öz təcrübəmə əsaslanaraq onu deyə bilərəm ki, bu xəstəliyə qalib gəlmək üçün ən əsası panikaya düşməmək, qorxmamaq, immunitetinizi gücləndirmək üçün xoş əhval ruhiyyədə qalmaq ən vacib şərtlərdəndir" - deyə o, paylaşımında bildirib.