Bakıda yaşayış kompleksində yanğın başlayıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə paytaxtın Yasamal rayonu Şəfaət Mehdiyev küçəsində yerləşən “Mirvari park” yaşayış kompleksində qeydə alınıb.
Hazırda hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası göndərilib.
***
Fövqəladə Hallar Nazirliyi sözügedən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.
İlkin məlumata əsasən, binanın şaxtasından keçən elektrik kabelləri yanıb. Həyata keçirilən çevik və operativ tədbirlər nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
Əlavə məlumat veriləcək.
Son xəbərlər
Son Xəbərlər