Ermənistan müdafiə nazirinin sabiq müavini Alik Mirzabekyan dövlətə 200 milyon dram (təxminən 500 min dollar) ödəyəcək.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, keçmiş məmurla MN-də nəzarət qurumu arasında qanunsuz əmlakın dövlətə qaytarılması ilə bağlı barışıq sazişi bağlanıb.
Hələ 2020-ci ilin oktyabrında prokurorluq Mirzabekyanın əmlakının mənşəyini yoxlamağa başlamaq qərarına gəlib. Daha sonra ondan və onunla əlaqəli şəxslərdən 5 daşınmaz əmlakın, bir nəqliyyat vasitəsinin, 12 bank əmanətinin və 74 milyon dramın dövlətə qaytarılması tələb edilib.
Qeyd edək ki, A.Mirzabekyan 2007-2016-cı illərdə müdafiə nazirinin müavini vəzifəsində çalışıb və maddi-texniki təminat sahəsinə nəzarət edib.