“Qafqazinfo” xəbər verir ki, tədbiri giriş sözü ilə şairin adını daşıyan fondun rəhbəri və nəvəsi Sevda Tahirli açıb. Sevda Tahirli vurğulayıb ki, Sabirin xalqı qəflət yuxusundan oyatmaq, ictimai quruluşun dəyişməsi üçün apardığı mübarizə sərhəd tanımayıb, onu bir ölkə çərçivəsindən çıxarıb dünyanın şairinə, yoxsulların, əzilənlərin müdafiəçisinə çevirib.
Daha sonra Sevda Tahirli fondun yeniliklərindən də söz açıb. O bildirib ki, fondun məqsədi milli dəyərlərə sahib çıxmaq, vətənpərvərlik hissini aşılamaqdır: “İlk hədəfimiz dilimiz olub. Bu gün TV-radio məkanından tutmuş internet saytlar, reklam, elan, eləcə də digər sahələrdə bir çox ürəkağrıdıcı hallara rast gəlirik”.
Konfransın sonunda jurnalistlərə Sabirin “Hophopnamə”si hədiyyə edilib.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər