Mirzə Xəzərin Münhendəki məzarı... - Video

mirze-xezerin-munhendeki-mezari
Oxunma sayı: 4873

Məşhur azərbaycanlı jurnalist, 2020-ci ildə Almaniyada vəfat edən Mirzə Xəzərin bu ölkədəki məzarı ziyarət edilib.

“Qafqazinfo” xəbər verir ki, Almaniyada səfərdə olan bir qrup azərbaycanlı onun Münhen şəhərindəki məzarını ziyarət edərək dualar oxuyublar.

Qeyd edək ki, Mirzə Xəzər 1947-ci ildə Göyçay rayonunda dünyaya gəlib və milliyətcə yəhudi olub. 1976-1985-ci illərdə "Azadlıq radiosu"nun Azərbaycan bölməsində baş redaktorun müavini vəzifəsində çalışıb. Daha sonra Vaşinqtonda "Amerikanın Səsi" radiostansiyasının Azərbaycan bölməsinin müdiri vəzifəsində işləyib. 1987-ci ildə Almaniyanın Münhen şəhərinə köçərək 2003-cü ilədək "Azadlıq radiosu"nda Azərbaycan redaksiyasının direktoru vəzifəsini tutub.

Mirzə Xəzər İsveçin paytaxtı Stokholmdakı Bibliya Tərcümə İnstitutunun sifarişi ilə "Bibliya"nı, "Tövrat"ı və "İncil"i azərbaycan dilinə təkrar tərcümə edib.