Mirzoyan Almatı görüşünü konstruktiv adlandırdı

mirzoyan-almati-gorusunu-konstruktiv-adlandirdi
Oxunma sayı: 2110

“Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar konstruktiv mühitdə keçib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan İrəvanda ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borq ilə birgə mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, proses dəfələrlə qeyd olunan prinsiplərə uyğun davam edir.

Xatırladaq ki, mayın 10-11-də Almatıda Azərbaycan və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında danışıqlar baş tutub.