Ermənistan və İranın XİN rəhbərləri Ararat Mirzoyanla Seyid Abbas Araqçı arasında telefon danışığı baş tutub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN-in Mətbuat xidməti yayıb.
Tərəflər söhbət zamanı iki ölkə arasındakı münasibətlərdə gündəlikdə olan məsələləri müzakirə edib.
Xatırladaq ki, avqustun 18-də İran parlamenti Araqçını xarici işlər naziri olaraq təsdiq edib. O, İranda prezident seçkilərindən sonra yeni Nazirlər Kabinetinin tərkibinə daxil olub. Bu təyinatdan əvvəl XİN rəhbərinin müavini olub, 2015-ci ildə Qərb ölkələri ilə nüvə sazişinin bağlanmasında əhəmiyyətli rol oynayıb.
Son xəbərlər
Son Xəbərlər