Mirzoyan Bayramov və Lavrovla görüşü müsbət qiymətləndirdi

mirzoyan-bayramov-ve-lavrovla-gorusu-musbet-qiymetlendirdi
Oxunma sayı: 1448

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Düşənbədə azərbaycanlı və rusiyalı həmkarları Ceyhun Bayramov və Sergey Lavrovla görüşü müsbət qiymətləndirib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, A.Mirzoyan bu barədə Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı danışıb.

“Ümid edirəm ki, Sergey Lavrov və Ceyhun Bayramovla görüş regionda sülhün və sabitliyin təmin olunması yolunda daha bir addım olacaq”, - deyə Mirzoyan söyləyib.