Mirzoyan Blinkenin köməkçisi ilə görüşdü

mirzoyan-blinkenin-komekcisi-ile-gorusdu
Oxunma sayı: 1545

İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn arasında görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN yayıb.

Görüşdən sonra Ermənistanla ABŞ arasında Strateji dialoqun yekun iclası baş tutacaq.

Qeyd edək ki, Ceyms O'Brayn iyunun 10-da İrəvana üçgünlük səfər edib. O, səfəri çərçivəsində Ermənistan-ABŞ münasibətlərini, eləcə də Azərbaycanla danışıqlar prosesini müzakirə edəcək.