Mirzoyan İstanbuldakı görüşdə iştirak edəcək

mirzoyan-istanbuldaki-gorusde-istirak-edecek
Oxunma sayı: 1535

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “3+3” regional platformasının İstanbulda keçiriləcək iclasında iştirak edəcək.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan açıqlayıb. 

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan “3+3” çərçivəsində növbəti görüşün oktyabrın 18-də İstanbulda keçiriləcəyini bildirib.

Onu da qeyd edək ki, bir müddət əvvəl sözügedən iclasın Türkiyədə keçirilməsi açıqlansa da dəqiq tarix məlum deyildi.