Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell arasında telefon danışığı olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Bildirilib ki, tərəflər Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə ediblər.
Mirzoyan İrəvan və Bakı arasında sülh sazişi layihəsi üzrə danışıqların gedişi barədə Borrellə məlumat verib.
Həmçinin iki ölkə arasında sərhədlərin delimitasiyası prosesinin 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında həyata keçirmək öhdəliyinin vacibliyini qeyd edib.
Son xəbərlər
Son Xəbərlər