Mirzoyanla Abdullahian əməkdaşlığı müzakirə etdilər

Mirzoyanla Abdullahian əməkdaşlığı müzakirə etdilər
Oxunma sayı: 1429

Ermənistan və İranın xarici işlər nazirləri Ararat Mirzoyan və Huseyn Əmir Abdullahian telefonla danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Nazirlər müxtəlif sahələrdə əməkdaşlığı da müzakirə edib, qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi üçün addımlar atmağa hazır olduqlarını bildiriblər.

Tərəflər Fars körfəzi - Qara dəniz beynəlxalq nəqliyyat dəhlizi üzrə çoxtərəfli sazişin imzalanması istiqamətində məqsədyönlü işin vacibliyini qeyd ediblər.

Bundan əvvəl Mirzoyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparıb.