Mirzoyanla Borrell regiondakı vəziyyəti müzakirə etdi

mirzoyanla-borrell-regiondaki-veziyyeti-muzakire-etdi
Oxunma sayı: 1836

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı tərəflər regionda təhlükəsizlik və sabitlik məsələlərini müzakirə ediblər.

Tərəflər Laçın-Xankəndi yolu ətrafındakı son vəziyyət barədə də fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, görüş Mirzoyanın Brüsselə işgüzar səfəri çərçivəsində baş tutub.