Mişel Obama prezidentliyə namizəd ola bilər

misel-obama-prezidentliye-namized-ola-biler
Oxunma sayı: 2566

Demokratlar ABŞ-nin keçmiş birinci xanımı Mişel Obamanı prezidentliyə namizədliyini irəli sürə bilər”.

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, bunu Ağ Evin və Pentaqonun keçmiş nümayəndəsi Duqlas MakKinnon bildirib.

Kanal qeyd edir ki, Mişel Obamanın adı Demokratlar Partiyasından prezidentliyə namizəd olmaq istəyini dəfələrlə rədd etməsinə baxmayaraq, sonuncu prezident seçkiləri ərəfəsində hallanıb. MakKinnon hesab edir ki, keçmiş birinci xanım əsas namizəd ola bilər və demokratlar onu seçkilərdə iştiraka sövq etməyə çalışa bilərlər.