Mişel Platini Bakıya gəlir

misel-platini-bakiya-gelir
Oxunma sayı: 1995

 

UEFA-nın prezidenti, FIFA prezidenti vəzifəsinə namizəd Mişel Platini Bakıya gəlir. “Qafqazinfo” xəbər verir ki, fransanlı ölkəmizə AFFA-nın dəvəti ilə bu ilin oktyabr ayında səfər edəcək.

Səfər çərçivəsində UEFA prezidenti Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa olunmuş Azərbaycan milli komandalarının təlim-məşq bazasının açılışında iştirak edəcək. O, bundan başqa Avro-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İtaliya oyununu izləyəcək.


Xatırladaq ki, UEFA prezidenti Azərbaycan milli komandalarının təlim-məşq bazasının 2013-cü il sentyabrın 21-də keçirilmiş təməlqoyma mərasimində iştirak edib.