Mişel Temer prezident postuna keçdi - Braziliyada

misel-temer-prezident-postuna-kecdi
Oxunma sayı: 1381

Xəbər verdiyimiz kimi, Braziliya Senatı prezident Dilma Rousseffin vəzifəsindən 180 gün müddətinə uzaqlaşdırılmasının lehinə səs verib.

Qafqazinfo”nun Rusiya KİV-nə istinadən məlumatına görə, ölkənin 75 yaşlı vitse-prezidenti Mişel Temer prezidentin səlahiyyətlərini icra etməyə başlayıb.

Qeyd edək ki, 20 saatlıq müzakirələrdən sonra bu gün keçirilən toplantıda senatorlar qərarın leyhinə səs veriblər. Toplantının sonunda prezidentin impiçmenti üçün 55 senator səs verib, 22 nəfər əleyhinə olub. Senat xüsusi toplantıda Ali Məhkəmə sədrliyi ilə bu məsələyə yenidən baxacaq. O zaman prezidentin yekun taleyi müəyyən ediləcək.