Misir ehramında #evdəqal çağırışı - Video

misir-ehraminda-evdeqal-cagirisi
Oxunma sayı: 1335

Koronavirus pandemiyası fonunda misirlilərə #evdəqal çağırışı bu dəfə Cizə şəhərində yerləşən Heops ehramı vasitəsilə çatdırılıb.  

“Qafqazinfo” “Africa Tembelea”ya istinadən xəbər verir ki, ehramın üzərində “Evdə qal, təhlükəsiz qal” sözləri öz əksini tapıb.

Ehramda, həmçinin tibb işçilərinə minnətdarlıq bildirən - “Bizi təhlükəsiz saxlayanlara təşəkkür edirik” sözləri yer alıb.

Ən son məlumatlara görə, Misirdə 656 koronavirusa yoluxma halı qeydə alınıb, 41 nəfər dünyasını dəyişib.