Misir hökuməti istefa verdi

misir-hokumeti-istefa-verdi
Oxunma sayı: 1161

Misir Prezidenti Əbdülfəttah əs-Sisi İbrahim Məhləbin başçılıq etdiyi hökumətin istefasını qəbul edib.

“Qafqazinfo”nun Azərtac-a istinadən məlumatına görə, o, ölkənin neft naziri Şərif İsmayıla bir həftə ərzində yeni kabinet təşkil etməyi tapşırıb.

İbrahim Məhləb, eləcə də kabinetin digər üzvləri yeni hökumət yaradılana qədər öz vəzifələrini icra edəcəklər.