Misir höküməti istefaya getdi

misir-hokumeti-istefaya-getdi
Oxunma sayı: 1726

Misir Prezidenti Əbdülfəttah əs-Sisi hökumətin istefasını qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Misir hökumətinin Mətbuat xidməti yayıb.

Bildirilib ki, Misir Prezidenti ölkənin Baş naziri Mustafa Mədbuliyə təcrübəyə malik şəxslərdən ibarət yeni kabineti formalaşdırmağı tapşırıb.

Qeyd edək ki, Əbdülfəttah əs-Sisi hazırda üçüncü prezidentlik müddətindədir və konstitusiyaya görə, 2030-cu ilə qədər vəzifəsini icra edəcək.