“Qafqazinfo” Reuters-ə istinadən xəbər verir ki, Misir ordusu 21 vətəndaşını edam edən İŞİD-dən intiqam almaq üçün Liviyadakı mövqələrinə hücum edib. Hücumlar bu gün səhər saatlarından etibarən başlayıb, İŞİD-in bir neçə düşərgəsi məhv edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl İŞİD əsir götürdüyü 21 misirlini edam etmiş, Misir prezidenti Əbdulfəttah Əs-Sisi terrorçuların bu addımını pisləmişdi. Vətəndaşların faciəvi öldürülməsi ilə bağlı ölkədə 7 gün matəm elan edilib.
Son xəbərlər
Son Xəbərlər