Misir, İsrail, Qətər, ABŞ və HƏMAS nümayəndələri Qahirədə görüşəcək

misir-israil-qeter-abs-ve-hemas-numayendeleri-qahirede-gorusecek
Oxunma sayı: 1238

Misir, İsrail, Qətər, ABŞ və HƏMAS-ın nümayəndə heyətləri mayın 4-ü Qahirədə görüşəcəklər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Bildirilib ki, orada radikal qrupların Qəzza zolağında saxladıqları girovların İsraildəki fələstinli məhbuslarla dəyişdirilməsinə dair razılığa gəlmək üçün bir neçə görüş keçiriləcək.