Misir Prezidenti Azərbaycana gəldi - Fotolar

misir-prezidenti-azerbaycana-geldi
Oxunma sayı: 3696

Misir Prezidenti Əbdülfəttah Əs-Sisi yanvarın 27-də Azərbaycana səfərə gəlib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın və Misirin Dövlət Bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Misir Prezidenti Əbdülfəttah Əs-Sisini hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.