Misir Qəzzanın dünya ilə yeganə əlaqəsini də kəsdi

misir-qezzanin-dunya-ile-yegane-elaqesini-de-kesdi
Oxunma sayı: 1675

Misir hökuməti İsrailin blokadasındakı Qəzza Zolağının dünya ilə yeganə əlaqəsi olan Rəfah sərhəd qapısını bağlayıb.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, qərarın hansı səbəbdən alındığı açıqlanmayıb.

Lakin, məntəqənin 3 gün sonra yenidən açılacağı bildirilib.

Qeyd edək ki, Qəzza Zolağından çıxan 7 sərhəd qapısının 6-sı İsrailin nəzarətindədir.