Mayın 19-da “EgyptAir” aviaşirkıtinin qəzaya uğrayan “A320” təyyarəsinin Aralıq dənizində siqnalcatdırma qəza radiomayakı tapılıb.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə Misir İstintaq Komitəsinin rəhbəri Ayman əl-Müqəddəm bildirib.
Onun szölərinə görə, təyyarə düşərkən peykə siqnal göndərən radiomayakın yeri müəyyənləşib.
Xatırladaq ki, Misir hava yollarına məxsus sərnişin təyyarəsi Paris-Qahirə reysini həyata keçirən zaman havaya qalxdıqdan bir müddət sonra radarlardan itib. Hava gəmisinin göyərtəsində 3-ü uşaq olmaqla 69 nəfər olub. Sərnişinlər arasında Misir, Fransa və Britaniya vətəndaşlarının olduğu bildirilir.
Son xəbərlər
Son Xəbərlər