Misirin təhlükəsizlik qüvvələri Qahirənin şərqindəki İsmailiyyə əyalətində xüsusi əməliyyat keçirib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, əməliyyat zamanı terrorçu qruplaşmaların 14 üzvü öldürülüb.
Məlumata görə, terrorçular təlim bazasında olan zaman məhv edilib. Onların Sinay yarımadasının şimalından gəldikləri məlum olub.
Qeyd edək ki, ötən gün Sinay yarımadasının şimalında baş verən hücumlar nəticəsində 23 hərbçi həlak olub, 33-ü isə yaralanıb. Qarşıdurma zamanı 40 yaraqlı məhv edilib.
Son xəbərlər
Son Xəbərlər