Misirdə 28 nəfər edam ediləcək

misirde-28-nefer-edam-edilecek
Oxunma sayı: 707

2015-ci ildə Misirin baş hakimi Hişam Bərəkətə edilən sui-qəsd üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, cinayət işi yekunlaşan 43 məhkumdan 28-i barəsində edam hökmü çıxarılıb.

15 nəfərə isə 25 il həbs cəzası verilib.

Misir rəhbərliyi sui-qəsdin “Müsəlman qardaşlar” və Həmas” tərəfindən törədildiyini bildirsə də, iki qrup da iddiaları qəbul etməyib.