Misirdə 3 aylıq fövqəladə vəziyyət elan edildi

misirde-3-ayliq-fovqelade-veziyyet-elan-edildi
Oxunma sayı: 632

Misirdə İsgəndəriyyə və Tantada kilsələrində baş verən partlayışlar ilə əlaqədar ölkədə üç aylıq fövqəladə vəziyyət rejimi elan edilib.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, bu barədə Misir prezidenti Əbdülfəttah əs-Sisi bildirib.

Qeyd edək ki, Misirdə Tanta və İsgəndəriyyə şəhərlərindən bir neçə saat fərqlə iki partlayış nəticəsində 44 nəfər ölüb.