Misir məhkəməsi 32 nəfəri ömürlük həbs cəzasına məhkum edib.
“Qafqazinfo” “Youm7” dərgisinə istinadən xəbər verir ki, buna səbəb onların Misir prezidenti Əbdül Fəttah əs-Sisiyə və Səudiyyə Ərəbistanı taxtının sabiq vəliəhdi Məhəmməd ben Naifiyə qarşı hazırladıqları sui-qəsd cəhdi olub.
Digər təqsirləndirilən şəxslərdən 2-si bəraət qazanıb, 29-u 15 il, 36-sı 10 il, 81-i isə 5 il həbs cəzası alıb.
Son xəbərlər
Son Xəbərlər