Misirdə 4 il sonra fövqəladə vəziyyət ləğv edildi

misirde-4-il-sonra-fovqelade-veziyyet-legv-edildi
Oxunma sayı: 1198

Misir Prezidenti Abdel Fəttah əs-Sisi ölkədə 2017-ci ildən tətbiq olunan fövqəladə vəziyyət rejimini ləğv edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, rəsmi Feysbuk səhifəsində yazıb. 

“Mən şadam ki, biz həmişə mübarizə və zəhmətlə can atdığımız anı birlikdə paylaşırıq. Misir böyük və sadiq xalqı sayəsində regionda təhlükəsizlik və sabitlik vahəsinə çevrilib. Buna görə də, son illərdə ilk dəfə fövqəladə vəziyyətin uzadılmasını ləğv etmək qərarına gəldim”, - deyə əs-Sisi qeyd edib. 

Xatırladaq ki, Misirdə fövqəladə vəziyyət rejimi 2017-ci ilin aprelində Tanta və İsgəndəriyyə şəhərlərindəki kilsələrdə törədilmiş partlayışlardan sonra elan edilib. Terror aktı nəticəsində 45 nəfər ölüb, 120-dən çox insan xəsarət alıb.

Partlayışlara görə məsuliyyəti İŞİD üzərinə götürmüşdü.