Misirdə bir gündə 2 rekord göstərici

misirde-bir-gunde-2-rekord-gosterici
Oxunma sayı: 2052

Misirdə son sutka ərzində koronavirusa yoluxanların sayı 910 nəfər artıb, 34 pasiyent dünyasını dəyişib. Bu, xəstəliyin yayılmağa başlamasından indiyədək ölkədə qeydə alınan ən yüksək yoluxma və ölüm halı göstəricisi olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bununla da Misirdə koronavirusa yoluxanların ümumi sayı 22 086-ya, bu xəstəlikdən ölənlərin sayı isə 879-a çatıb.

Bundan əlavə, indiyədək 5 511 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb. 

Son iki həftədə Misirdə koronavirusa yoluxanların sayının sürətlə artması müşahidə olunur. Hələ bir neçə gün əvvəl mütəxəssislər xəbərdarlıq edərək bildirmişdilər ki, ayın sonunda yoluxma hallarının ümumi sayı 20 mini ötəcək.