Misirdə çoxmərtəbəli yaşayış binası uçdu - 9 ölü, 30 yaralı

misirde-coxmertebeli-yasayis-binasi-ucdu
Oxunma sayı: 1233

Misirin paytaxtı Qahirədə onmərtəbəli yaşayış binasının uçması nəticəsində doqquz nəfər həlak olub, 30 nəfər xəsarət alıb.

Bu barədə “Qafqazinfo” “Al-Balad” informasiya portalına istinadən xəbər verir.

Faciə əhalinin sıx yaşadığı Qisr-əs-Süyes rayonunda gecə saatlarında baş verib. Xilasedicilər dağıntılar altında qalanların axtarışını davam etdirir. Bir neçə nəfər dağılmış konstruksiyalar altından xilas edilib.

İlkin məlumatlara görə, ev sahibi qanunsuz olaraq iki mərtəbə tikib. Prokurorluq yoxlama başladıb.